image-reklam-veteninfo
image-1backend

Dəhşətli terrorun qarşısı alındı: 5 nəfər həbs edildi

image-reklam-veteninfo

Almatıda 5 xarici vətəndaş terror aktı hazırladıqlarına görə həbs edilib.

Yerli KİV xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“Bundan başqa, cari ilin sentyabr və oktyabr aylarında terrorizmi təbliğ etməkdə şübhəli bilinən 8 Qazaxıstan vətəndaşı cinayət işi çərçivəsində həbs edilib”, – məlumatda bildirilib.

İlin əvvəlindən bəri 6-sı xarici vətəndaş olan 89 nəfər bu cür cinayətlərə görə məsuliyyətə cəlb edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki