image-1678997850_1678981812354061137_1000x669backend

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

image-reklam_sirab_01

Milli Məclisin bir qrup deputatı Qazaxıstan parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün Astana şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, Cavanşir Feyziyev və Hikmət Məmmədov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA), İqbal Məmmədov və Rüfət Quliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) xətti ilə martın 19-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər.

Milli Məclisin deputatları beynəlxalq müşahidəçilər qismində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki