image-reklam-veteninfo
image-1backend

Dmitri Medvedev yaşlı senatora səsləndi: Baba, əvvəlcə Amerika ilə məşğul ol”

image-reklam-veteninfo

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkəsinin keçmiş prezidenti və baş naziri Dmitri Medvedev sosial şəbəkə səhifəsində Rusiya əleyhinə sərt sanksiyalar ehtiva edən qanun layihəsi hazırlayan respublikaçı senator Lindsli Qreminin yaşına işarə edərək ona “baba, əvvəlcə Amerika ilə məşğul ol” sözləriylə mesaj göndərib.

ABŞ Prezidenti Donald Tramp Kreml sahibinə müharibəni dayandırmaq üçün təyin etdiyi 50 günü qısaldıb deyə Putin və onun ətrafı həyəcan içindədir. Məsələ burasındadır ki, Trampı tərifləyən və onu keçmiş prezident Cozef Baydedən ayıran Rusiya rəsmiləri Ağ Ev sahibinə münasibəti dəyişmək məcburiyyətində qalıblar.

Putinin bundan sonra Tramp barədə müsbət fikir söyləməsi çətinləşib. Kreml sahibinin eyni zamanda Ağ Ev sahibinin ondan məyusluğuna hansısa reaksiyası olmalıdır. Putin bu barədə mövqeyini müəyyənləşdirərkən, mesajlarında ağır ifadələr işlədən dostu Medvedevi irəli verib. O Trampı yüngülcə tənqid edərkən əsas nifrətini amerikalı senator Lindsli Qremin üzərinə töküb. Ancaq Medvedev kobud səhvə yol verib.

Medvedevin istehza ilə “baba” adlandırdığı Qremin 70 yaşı var. Medvedevin patronu Putinin isə 72 yaşı var. Qremi babadırsa, Putin nədir? Putinlə yanaşı onun komanda üzvlərinin yaşları da artıb. Xarici işlər naziri Sergey Lavrovun 75, Federal Şuranın rəhbəri Valentina Matveyenkonun 76 yaşı var. Vladimir Putinin tələbə yoldaşı və Rusiya Ali Məhkəməsinin sədri İrina Podnosova bugünlərdə vəfat edib. Evin şüşədəndirsə, başqalarına daş atma!

Elxan Şahinoğlu

Politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki