Misirdə keçirilən beynəlxalq görüş zamanı ABŞ Prezidenti Donald Tramp, Ermənistanın Baş naziri Nikol Paşinyanla qarşılaşıb, lakin bir anlıq gərginlik yaşanıb. Tramp, Paşinyanı tanımayaraq, ona “Sən İlham Əliyevin həmyerlisisən” deyə cavab verib.
Vətəninfo.az-ın məlumatına görə, görüşdə Paşinyan əvvəlcə özünü təqdim etməli olub. Tramp isə əvvəlcə Paşinyanın üzünü və ya soyadını xatırlamadığını göstərərək, onun kim olduğunu anlamaqda çətinlik çəkib. Paşinyan özünü Ermənistanın Baş naziri olaraq tanıtdıqdan sonra, Tramp onu Əliyevin həmyerlisi olduğunu vurğulayıb.
Bu anlar bir qədər gərgin olsa da, Trampın Paşinyanla bağlı yeganə xatırladığı məqam “bu oğlanın” İlham Əliyevin həmyerlisi olması olub. Bu Azərbaycanın Prezidenti İlham Əliyevin beynəlxalq münasibətlərdəki mövqeyinə işarə edir.