image-reklam-veteninfo
image-1backend

Donald Tramp Yaponiya ilə ticarət sazişi imzaladı

image-reklam-veteninfo
ABŞ prezidenti Donald Tramp Yaponiya ilə ticarət sazişi imzalayıb. Bu müqaviləyə əsasən, avqustun 1-dən bütün yapon mallarına, o cümlədən avtomobillərə 15%-lik rüsumlar tətbiq olunacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Yeni sazişlər ABŞ ixracının dörddə birindən çoxunu təşkil edən Yaponiyanın avtomobil sənayesinə də şamil edilir: hazırkı 25%-lik tariflər 15%-ə endiriləcək.

Bunun müqabilində Tokio ABŞ-a 550 milyard dollar sərmayə qoyacaq və kredit verəcək. Yaponiya da ABŞ-dan kənd təsərrüfatı məhsullarının alışını artıracaq.

Açıqlama nəticəsində Yaponiyanın Nikkei fond indeksi 3%-dən çox bahalaşaraq bir ilin ən yüksək səviyyəsinə çatıb ki, bu da əsasən avtomobil istehsalçılarının səhmləri hesabına olub, onların arasında Toyota-nın səhmlərinin qiyməti 14%-dən çox, Honda-nın isə demək olar ki, 12% artıb.

“Mən indicə Yaponiya ilə tarixin ən böyük ticarət müqaviləsini imzaladım. Bu, Amerika Birləşmiş Ştatları üçün çox həyəcanlı vaxtdır, xüsusən də Yaponiya ilə hər zaman əla münasibətlərimiz olacağı gerçəyi fonunda”, – Tramp özünün Truth Social platformasında yazıb.

Yerli mətbuatın yazdığına görə, seçkidə məğlub olduğu üçün tezliklə istefa verəcək Yaponiyanın baş naziri Şiqeru İşiba ABŞ ilə razılaşmanı alqışlayıb. O qeyd edib ki, bu, ABŞ-la ticarət profisiti olan ölkələr arasında ən aşağı tarif dərəcəsidir.

ABŞ avtomobil istehsalçıları isə razılaşmadan narazıdırlar. Onlar Kanada və Meksikadakı fabriklərindən və tədarükçülərindən idxala tarifləri 25%-də dəyişməyərək Yaponiyadan avtomobil idxalına tarifləri azaldan ticarət rejimindən narahat olduqlarını bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki