image-reklam-veteninfo
image-1backend

Dövlət Xidmətində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirilib

image-reklam-veteninfo

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiyaya qarşı mübarizədə qeyri-hökumət təşkilatları və media subyektləri ilə sıx əməkdaşlıq mexanizminin inkişaf etdirilməsi məqsədilə növbəti görüş baş tutub. İctimaiyyət nümayəndələri ilə keçirilən bu görüşün əsas məqsədi Dövlət Xidmətinin fəaliyyət istiqamətlərində dürüstlüyün qorunması, xidmət keyfiyyətinin yüksəldilməsi üçün tətbiq edilən innovasiyalar və antikorrupsiya tədbirlərinin gedişatı haqqında məlumat verilməsi olub. Çıxışlarda idarəetmədə dürüst mühitin formalaşdırılması, neqativ hallara zəmin yaradan risklərin minimallaşdırılması, qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində atılan strateji addımlar diqqətə çatdırılıb. Bildirilib ki, xidmət sahələrinin tamamilə rəqəmsal formata keçirilməsi bürokratik maneələrin aradan qaldırılmasında mühüm rol oynayır. Tədbirdə xüsusilə dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsindəki yeniliklər təqdim olunub. Qeyd edilib ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə fərdi hərbi uçot məlumatlarının əlçatanlığı tamamilə asanlaşdırılıb. Artıq hər bir şəxs inzibati binalara yaxınlaşmadan, birbaşa “mygov” platforması vasitəsilə öz məlumatlarına anında çıxış əldə edə bilir. Eyni zamanda təhlükəsizlik standartlarına uyğun formalaşdırılan bu rəqəmsal sənədlərin PDF formatında yaddaşda saxlanılması və ya paylaşılması funksionallığı barədə əyani məlumat verilib. Tədbirin yekununda mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin rəy və təklifləri dinlənilərək sualları cavablandırılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki