image-reklam-veteninfo
image-qqqqbackend

Hərbçilərlə bağlı qanunda dəyişiklik: Bir il uzadılma nəzərdə tutulur

image-reklam-veteninfo

Milli Məclisin bugünkü plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

Vətəninfo.az xəbər verir ki, müzakirələr zamanı çıxış edən deputat Arzu Nağıyev bildirib ki, layihə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanmasının dəqiqləşdirilməsini, zabitlərin əlavə təhsilinin və elmi fəaliyyətinin nəzərə alınmasını təmin edir.

A.Nağıyevin sözlərinə görə, dəyişikliklər hərbi qulluqçuların rütbələrdə olma müddətinin tənzimlənməsini təkmilləşdirmək, eləcə də magistratura, rezidentura və doktorantura təhsili, elmi dərəcə alınması ilə bağlı müddəaları qanunvericilikdə nəzərə almaq məqsədi daşıyır. Sənədə əsasən, Silahlı Qüvvələrin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi ilə müvafiq ali təhsil və elmi dərəcə əldə etmiş şəxslərin hərbi rütbədə olma müddətinin bir dəfə olmaqla bir il uzadılması nəzərdə tutulur.

Deputat leytenant hərbi rütbəsində olma müddətinin də yenidən tənzimlənəcəyini diqqətə çatdırıb. Təklifə əsasən, beşillik təhsil proqramı üzrə xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün bu müddət iki il, aviasiya və uçuş heyətində, eləcə də sualtı qayıqlarda xidmət edənlər üçün isə bir il kimi müəyyənləşdirilir.

Arzu Nağıyev vurğulayıb ki, mövcud qaydalarda təhsil müddəti fərqli olan hərbi qulluqçuların növbəti rütbə alması ilə bağlı müəyyən fərqlər yaranırdı. Yeni dəyişikliklər bu disproporsiyanın aradan qaldırılmasına və eyni kateqoriyadan olan hərbi qulluqçulara bərabər yanaşmanın təmin edilməsinə xidmət edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki