image-reklam-veteninfo
image-1backend

Dubayda hava taksisinin ilk sınaqlarına başlanılıb -VİDEO

image-reklam-veteninfo

Dubayın Yollar və Nəqliyyat İdarəsi Amerikanın “Joby Aviation” şirkəti ilə birgə “hava taksisi”nin ilk praktik sınaqlarına başlayıb. Vətəninfo.az  xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” məlumat yayıb.

Bu, 2026-cı ildə xidmətin faktiki tətbiqinə qədər ilkin addımdır.

Sınaq səhralıq ərazidə aparılıb. Elektrikli avtomobil pilotdan əlavə dörd sərnişini qəbul edə bilir. O, saatda 320 kilometrə qədər sürətlə hərəkət edə bilir, 160 kilometr uçuş məsafəsinə malikdir və adi helikopterlərdən xeyli səssizdir.  

Joby Aviation şirkətinin baş direktoru Joe Ben Pevert bildirib ki, sınaq uçuşu hava taksilərinin gündəlik nəqliyyat sistemlərinə inteqrasiyasında dönüş nöqtəsi olub.

Bildirilir ki, xidmət Dubay Beynəlxalq Hava Limanı yaxınlığındakı stansiyadan fəaliyyətə başlayacaq.

Dubayın vəliəhd şahzadəsi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum qeyd edib ki, bu sınaq BƏƏ rəhbərliyinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verəcək və ağıllı və dayanıqlı şəhər nəqliyyatı konsepsiyalarını inkişaf etdirən şəhərlər arasında Dubayın mövqeyini gücləndirəcək innovativ nəqliyyat həlləri qəbul etmək vizyonuna uyğundur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki