image-reklam-veteninfo
image-1backend

Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri açıqlanıb

image-reklam-veteninfo

Konsaltinq şirkəti “Resonance Consultancy” dünyanın yaşamaq üçün ən yaxşı şəhərlərinin illik reytinqini açıqlayıb. Siyahıya ardıcıl 11-ci dəfə Böyük Britaniyanın paytaxtı London başçılıq edib.

Vətəninfo.az xəbər verir ki, şirkətin ekspertləri Londona “bütün paytaxtların paytaxtı” adını verərək, şəhərin yüksək həyat rahatlığı, çoxşaxəli mədəni müxtəlifliyi və inkişaf etmiş infrastrukturu ilə fərqləndiyini bildiriblər.

Reytinqdə ikinci yerdə Nyu-York, üçüncü yerdə isə Paris qərarlaşıb. İlk onluqda həmçinin Tokio, Madrid, Sinqapur, Roma, Dubay, Berlin və Barselona kimi şəhərlər də yer alıb.

Bu göstəricilər şəhərlərin iqtisadi imkanları, turizm potensialı, təhlükəsizlik səviyyəsi və həyat keyfiyyəti kimi meyarlar əsasında qiymətləndirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki