image-reklam-veteninfo
image-media-1-ljuqhbr5kgpz0a27ni8m-1200x630backend

ƏLİYEV VƏ PAŞİNYAN AĞ EVDƏ! – Bu həftə Vaşinqtonda sülh sazişi imzalana bilər

image-reklam-veteninfo

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu həftənin cümə günü Vaşinqtonda görüşə hazırlaşırlar.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Haqqin.az” saytı məlumat yayıb. Qeyd olunur ki, ABŞ paytaxtında keçiriləcək görüşün məqsədi iki ölkə arasında çoxdan gözlənilən sülh sazişinin imzalanmasıdır. Bu barədə Vaşinqtondakı mənbələr məlumat yayıblar.

Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul edəcək.

Xatırladaq ki, tərəflər son dəfə iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə birbaşa danışıqlar aparıblar. Həmin görüşdə sülh sazişi mətninin paraflanması – yəni imzalanmayaq, amma razılaşdırılmış sənədin ilkin təsdiqi – müzakirə olunub. Azərbaycanın mövqeyinə əsasən, yekun sazişin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməli və Qarabağa dair iddialardan imtina olunmalı, eyni zamanda ATƏT-in Minsk Qrupunun buraxılması sənədə daxil edilməlidir.

Lakin Ermənistan Konstitusiyasında qısa müddət ərzində dəyişikliklərin edilməsi real görünmür. Buna görə də rəsmi Bakı mart ayında razılaşdırılmış sənədin paraflanması variantını irəli sürüb. Hazırda hələlik dəqiq bilinmir ki, Əliyev və Paşinyan Vaşinqtona paraflama üçün, yoxsa yekun sülh sazişini imzalamaq üçün dəvət olunublar.

ABŞ rəsmiləri son günlərdə verdikləri açıqlamalarda Azərbaycan və Ermənistanın sülhə çox yaxın olduğunu bildirirlər. ABŞ Senatının respublikaçı üzvü Stiv Deyns “The Wall Street Journal”da dərc olunan məqaləsində Tramp administrasiyasının bu prosesdə ciddi irəliləyiş əldə etdiyini vurğulayıb.

“Prezident Tramp Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda sülh sazişi bağlamağa çox yaxındır. Bu, region və beynəlxalq sabitlik üçün böyük uğur, həm də iqtisadi faydaları uzaq coğrafiyalara qədər uzanan əlamətdar hadisə olar”, – deyə Deyns yazıb.

Senatorun sözlərinə görə, hər iki ölkə hazırda Rusiyanın bölgədəki dominant rolundan çıxmağa çalışır və ABŞ-nin prioritetlərinə uyğun müstəqil gələcək qurmaq istəyir.

Prezident Tramp da iyulun 18-də bəyan edib ki, tərəflər “sülhə çox yaxındır”. “Biz orada möcüzə yaratdıq. Saziş demək olar ki, hazırdır”, – deyə o bildirib.

Bundan başqa, Vaşinqtonun təşəbbüsü ilə təqdim olunan Zəngəzur dəhlizi planı da masadadır. Plana əsasən, Ermənistan ərazisindən keçən 42 kilometrlik kommunikasiya xətləri amerikalı özəl şirkət tərəfindən idarə olunacaq. Ermənistan tərəfi bu təklifi qəbul etməyə hazır görünür. Bu səbəbdən Ağ Evin həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı elan edə biləcəyi ehtimal olunur.“


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki