image-reklam-veteninfo
image-1backend

Əliyev və Paşinyan Ağ Evdə! – Tramp təkbətək görüşəcək

image-reklam-veteninfo

ABŞ paytaxtı Vaşinqtonda bu cümə günü keçirilməsi planlaşdırılan ABŞ-Azərbaycan-Ermənistan sammitinə dair yeni detallar ortaya çıxıb.

Vətəninfo.az ABŞ mediasına istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sammit çərçivəsində ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Daha sonra Tramp Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edəcək.

Görüşlərin ardınca üç liderin – Tramp, Əliyev və Paşinyanın birgə bəyanatla çıxış etməsi gözlənilir. Həmin bəyanatın əsas mövzusunun Ermənistan-Azərbaycan münasibətlərində sülh sazişi istiqamətində atılacaq addımlar olacağı bildirilir. Dominos pizza

Xatırladaq ki, Vaşinqton görüşü ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində keçirilir və regional sabitliyin təmin olunmasında mühüm mərhələ hesab olunur.”Yeni Sabah”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki