Energetika naziri Pərviz Şahbazov Qax rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Vətəninfo.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı,
şəbəkəyə qoşulma, küçə işıqlandırılması, elektrik enerjisi verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının
istismar vəziyyəti, elektrik veriliş xətlərinin mühafizə zonası, təbii qaz təchizatı, işlə təminat, təşəkkür və digər məzmunlu
müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Qaxla yanaşı, Şəki və Göygöl rayonlarından, həmçinin
Gəncə şəhərindən olan 21 vətəndaş iştirak edib.