image-2backend

Qazaxıstan Azərbaycan ərazisi ilə uranın ixracını artıra bilər

image-reklam_sirab_01

Qazaxıstanın milli nüvə şirkəti “Kazatomprom” Rusiyanın Ukrayna ilə münaqişəsi nəticəsində tətbiq etdiyi sanksiyalara görə Qərb ölkələrinə uran tədarük etməkdə çətinliklə üzləşib.

Vətəninfo.az “Financial Times”a istinadən verdiyi məlumata görə, bunu “Kazatomprom”un İdarə Heyətinin sədri Meirjan Yusupov bildirib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə ticarət yollarına təzyiqi artırır ki, bu da Qərbə ixracın davam etdirilməsinə maneələr yaradır. Moskva və Pekinin təsiri artmaqdadır və şirkət üçün Asiya tərəfdaşları ilə əməkdaşlıq etmək daha da asanlaşır.

Eyni zamanda, Meirjan Yusupov qeyd edib ki, “Kazatomprom” tədarükün bir regionda cəmlənməsindən yayınmağa çalışır. Şirkət Avropa və Amerika şirkətlərinin daxil olduğu müxtəlif müştəri bazasını saxlamağı hədəfləyir. Lakin Sankt-Peterburqdan keçən ənənəvi nəqliyyat marşrut sanksiyalar riski səbəbindən artıq etibarlı deyil.

Vurğulanır ki, qeyd olunan çağırışlara cavab olaraq, Kazatomprom Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz şərçivəsində – red.) alternativ marşrutdan istifadənin genişləndirilməsi imkanını nəzərdən keçirir, lakin bu, nəqliyyat xərclərini artıracaq.

Qeyd olunur ki, 2022-ci ildə “Kazatomprom”un uranın 49%-i Asiya bazarına, 32%-i Avropaya, 19%-i isə ABŞ-a göndərilib.

Xatırladaq ki, şirkət Orta Dəhlizdən 2018-ci ildən uğurla istifadə edir. Ötən il Qazaxıstandan Qərb ölkələrinə bütün uran daşınmasının 64%-i Orta Dəhliz vasitəsilə uğurla həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki