İranın xarici işlər naziri Abbas Əraqçı “France 24” telekanalına müsahibəsində deyib: “İran və Fransa arasında məhbus mübadiləsi danışıqların və əldə olunmuş razılaşmanın mövzusu olub və biz indi hər iki ölkədə hüquqi və məhkəmə prosedurlarının tamamlanmasını gözləyirik”.
Vətəninfo.az xəbər verir ki, o, qeyd edib ki, mübadilə prosesi İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib.
“Biz Fransada məhkəmə prosesinin başa çatmasını gözləyirik və buna görə də mübadilə yanvarın ortalarından gec olmayaraq baş tutacaq. Bununla belə, hər şey Fransa məhkəməsinin qərarından asılıdır”, – o əlavə edib.
Əraqçı Parisdə fransalı həmkarı Barro ilə də görüşüb.
Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, məhbuslarla yanaşı, nazirlər İranın nüvə proqramını müzakirə ediblər.
Barrot İranı öz öhdəliklərinə qayıtmağa və AEBA ilə tam əməkdaşlığa çağırıb.
Eləcə də Livan və Qəzza zolağındakı vəziyyət də müzakirə olunub.


























