image-erdoganbackend

Ərdoğan Finlandiya və İsveçin NATO-ya qəbul edilməsini İSTƏMƏDİ

image-reklam_sirab_01

Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət baxa bilmir.

Vətəninfo.az Türkiyə  KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz prosesi izləyirik. Bu məsələ ilə bağlı müsbət fikrimiz yoxdur. Çünki bundan əvvəl Yunanıstanla bağlı səhv olub. Yunanıstanın Türkiyə ilə bağlı alyansdakı davranışından xəbəriniz var. Biz istəmirik, ki, ikinci səhvə yol verək”.

Ərdoğan deyib ki, Skandinaviya ölkələrində terrorçuları parlamentə buraxmaq kimi “qonaqpərvərlik” vərdişi var.

“Ona görə də biz hələlik buna müsbət baxa bilmərik”, – deyə Ərdoğan bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki