image-05f7b2fe4c64284be86bc4de5a58dec9backend

Ərdoğan “qaza” basdı – Türkiyə liderindən mühüm seçki gedişi

image-reklam_sirab_01

Türkiyədə seçki kampaniyası yavaş-yavaş ən kritik mərhələsinə girir. Təbliğat kampaniyası getdikcə daha geniş və sərt xarakter almaqdadır. Təbii ki, prezidentliyə 4 rəqib namizəd arasında mübarizə həm də passiv və laqeyd elektorat uğrunda, yaxud hələ ki, mövqeyini dəqiqləşdirməmiş seçicilər uğrunda gedəcək. Eyni zamanda, rəqib tərəfdarlarını öz tərəfinə çəkmək üçün mübarizə güclənəcək.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa iki müjdə verib. O, növbəti aydan etibarən elektrik və təbii qazın qiymətində kəskin ucuzlaşmanın olacağını elan edib. Prezident bütün abonentlər üçün elektrik enerjisinin qiymətində 15 faiz, sənayeçilərin istifadə etdiyi təbii qazın tarifində isə 20 faiz endirimin olacağını bildirib.

“Təqaüdçülərimizə bayramlarda verilən mükafat pulunun miqdarını isə 2 min lirəyə qədər (177 manat) qaldıracağıq”. Bunu da Ərdoğan bildirib.

Bəs qardaş ölkədə bunun üçün yetərli iqtisadi-maliyyə qaynaqları varmı? Bu sırf təbliğati gedişdi, yoxsa? Yeri gəlmişkən, Azərbaycanda da qaz və işığın ucuzlaşması mümkünmü?

Vüsalə Əhmədova: “İldə bir neçə bank müflis elan olunaraq bağlanacaqsa...”

Vüsalə Əhmədova

İqtisadçı, Ağ Partiya başqanının iqtisadi məsələlər üzrə müşaviri Vüsalə Əhmədova mövzu ilə bağlı  açıqlamasında xatırlatdı ki, keçən ilin sentyabr ayında Türkiyədə vətəndaşların 2 min TL-yə qədər olan icra borclarının silinməsi həyata keçirilib: “Borclar əhalinin işıq, su, təbii qaz və telefon borclarını əhatə edirdi. Dövlət təqribən 6 milyona yaxın vətəndaşın bu qəbildən olan borclarını ödəməyi öz üzərinə götürdü. Borcların silinmə mexanizminə gəlincə, vətəndaşların borclu olduğu şirkətlər (yəni, qaz, su, elektrik paylayıcı şirkətlər, o cümlədən, telefon şirkətləri) debitor borclarını mühasibat uçotunda xərc kimi göstərdilər və bu məbləğ daha sonra onların dövlətə ödəyəcəyi vergilərdən çıxarıldı. Beləliklə, hökumət əhalinin təxminən 30 milyard TL icra borcunu ləğv etdi.

Təbii ki, bu, əsassız vədlər deyil, deyilibsə, mütləq icra ediləcək. Düşünülə bilər ki, bu, seçki kampaniyasının bir hissəsidir, çünki pandemiya dövründə dünyada enerji resurslarının qiymətinin kəskin düşdüyü bir vaxtda Türkiyədə qaz və elektrik enerjisinin qiymətində hər hansı bir endirim edilmədi. Son iki ildə isə dünya enerji bazarında yaşanan yüksəlişlər Türkiyədə xüsusilə təbii qaz və elektrik enerjisinin qiymətinin hədsiz artmasına səbəb oldu. Belə bir dövrdə endirim tətbiq edilməsi əlbəttə ki, seçki təbliğatının bir hissəsi olduğunu düşünməyə əsas verir. Bundan əlavə, bilirsiniz ki, seçicilərin mühüm hissəsini təşkil edən təqaüdçülərin minimum pensiya məbləğinin 7 min 500 lirəyə qaldırılması ilə bağlı təklif verilib. Bir baxımdan, hakimiyyət seçki öncəsi iqtisadiyyatda atdığı bəzi müsbət addımlarla həm də zəlzələdən sonra yaranan ağır atmosferi bir qədər yumşaltmağa çalışır, ancaq istər seçki kampaniyasının bir hissəsi olsun, istər olmasın, iqtisadiyyatda atılan bu addımlar müsbət qarşılanır və təqdirəlayiqdir”.

V.Əhmədovaya görə, Azərbaycanda istifadə edilən enerji resursları xaricdən alınmasa da, tariflər hədsiz dərəcədə yüksəkdir: “Türkiyədə olduğu kimi, ölkəmizdə də əhalinin qaz, elektrik və suya olan borclarının silinməsi həyata keçirilə bilər. Azərbaycan dünyaya qaz ixrac edən bir ölkə kimi qazın qiymətini 2021-ci il ərzində 2 dəfə bahalaşdırıldı. 2021-ci ilin ilk 6 ayı üzrə qaz hasilatı 20,3 milyard kubmetr, xaricə satılan qaz isə təxminən 9,1 milyard kubmetr təşkil edib, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 36% çoxdur. 2020-ci ildə 37 milyard 140,9 milyon kubmetr qaz hasil edilib ki, bunun da yalnız 11.955.648 kubmetri daxili tələbata yönəldilib. Azərbaycan hasil etdiyi qazın böyük hissəsini xaricə satır və bilirsiniz ki, qazın dünya bazarında qiyməti son bir neçə ildə dəfələrlə yüksəlib. Bu baxımdan qeyd etmək istərdim ki, əhaliyə satılan qazın qiymətinin aşağı salınması üçün ölkəmiz bütün iqtisadi imkanlara malikdir”.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı və siyasi təhlilçi Natiq Cəfərliyə görə, 14 may seçkiləri Türkiyə tarixinin bəlkə də ən çətin seçkiləri olacaq: “AKP lideri Ərdoğanın reytinqi aşağı düşüb. O səbəbə bu cür addımların atılmasına ehtiyac duyulur. Bu addımın səslərin sayına təsir edəcəyi düşünülür. Çox güman ki, belə də olacaq. Çünki seçicilərin bir qismi belə addımlara qiymət verir. Bu, bir daha sübut edir ki, seçki institutu olan ölkələrdə seçkilərin vətəndaşlara gətirdiyi dividendlər var”.

Dünyanı tolerantlığa səsləyən Qərbin dini dözümsüzlüyü...

Kənan Rövşənoğlu 

Siyasi yazar Kənan Rövşənoğlu bildirdi ki, təbii qazın yaz aylarında ucuzlaşması realdır. O, daha əvvəl də belə təcrübənin olduğunu bildirdi: “Eyni şəkildə elektrik enerjisi qiymətlərinin müəyyən faiz endirilməsi mümkündür. Ancaq hökumətin birdən-birə bu iki mühüm gəlir qaynağında endirimə getməsi böyük ehtimalla seçki ilə bağlıdır. AKP iqtidarı bu il əvvəlki illərdən fərqli olaraq minimum əməkhaqqı müzakirələri zamanı həmkarlar təşkilatlarının tələb etdiyi rəqəmə yaxın bir rəqəm müəyyən etdi. Halbuki əvvəlki illərdə belə olmurdu. Minimum əməkhaqqı uzun müzakirələrdən sonra həmkarların tələblərindən xeyli aşağı məbləğdə müəyyən olundu. Eləcə də dünən minimum pensiyanın 7500 lirə müəyyən olunması, bayram əlavələrinin artırılması seçkiyə hesablanmış addımdır. Hazırda sosial-iqtisadi vəziyyətin kəskin pisləşdiyi bir dövrdə hakimiyyət seçkiqabağı bu cür güzəştlərlə əhalinin dəstəyini alacağına ümid edir. Türkiyə çox böyük sənayesi və istehsal sahələri olan ölkədir, ixracat həcmi ildən ilə artır. Yəni dövlətin bu cür sosial paketləri təmin etmək imkanları var”.“Yeni Müsavat”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki