image-reklam-veteninfo
image-1backend

Ərdoğan: Türkiyə HƏMAS-a Trampın planını qəbul etməyə inandırmağı bacardı

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara HƏMAS ilə danışıqlar aparır.

Ərdoğan Reuters agentliyinə verdiyi açıqlamada, “Türkiyənin fikrincə, Fələstin dövlətinin gələcəyi üçün ən yaxşı yolun necə olması barədə HƏMAS-a izah edirik”, – deyə qeyd edib.

Prezidentin sözlərinə görə, bu danışıqların bir hissəsi, ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsini dayandırmağa yönəlmiş planına daxildir. Ərdoğan, Türkiyənin bu planı dəstəklədiyini və Türkiyənin nümayəndələrinin Misirdə aparılan danışıqlarda iştirak etdiyini bildirib.

Ərdoğan əlavə edib ki, Tramp Ankara ilə əlaqə saxlayaraq, HƏMAS-ı bu planı qəbul etməyə inandırmasını istəyib.

Türkiyə lideri vurğulayıb ki, müharibə sona çatdıqdan sonra Qəzza Fələstin dövlətinin bir hissəsi olaraq qalmalı və orada idarəetmə Fələstinlilərin özlərinə aid olmalıdır. Ərdoğan, həmçinin, əcnəbi qüvvələrin Gəzzəyə yeridilməsi və bölgənin təhlükəsizliyinin təmin olunması məsələsinin diqqətlə müzakirə olunması lazım olduğunu bildirib və Türkiyənin bu məsələdə öz töhfəsini verməyə hazır olduğunu əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki