Haqsız dünya 17 min müsəlmanın vəhşilik, min bir işgəncə və görünməmiş təhqiramiz üsullarla qətl edilməsinə, qalanlarının isə öz torpağında didərgin salınmasına məhəl qoymayaraq vicdansızcasına susur, bəzi döviətlər də bu susqun luqlarından gəlir gözləyirdilər… Azərbaycanın qəzalarına “sovet qoşunları” adı altında göndərilən cinayətkar dəstələrə quldur erməni “hərbçi”ləri T.Əmiryan, Hamazasp rəhbərlik edirdi. Daşnak cəlladlardan Bakı çevrəsində ən ağır ziyan çəkən isə Şamaxı qəzası oldu. Hələ yanvarın 16-dan etibarən Şamaxının ermənilər yaşayan Mədrəsə kəndinə də guya gələcəkdə bolşevizmi müdafiə məqsədi ilə Ba kı Soveti başbilənləri və erməni liderləri xeyli silah-sursat, o cümlədən top-tüfəng, mərmi və s. daşıyıb yığmışdılar. Martın I yarısında Şamaxıya məlumat çatmışdı ki, Bakıdan Şamaxıya toplar, pulemyotlar və böyük miqdarda hərbi sursatla 2-3 min nəfər civarında erməni qoşun dəstəsi gəlir. Dəstəya Şaumyandan birbaşa təlimat almış Stepan Lalayev (Lalayan) başçılıq edirdi.
Martın 15-də sübh çağı S. Lalayanın dəstəsi Şamaxıya ilk dəfə hücum edərək, şəhərin müsəlmanlar yaşayan hissəsini top atəşinə tut du. Bu atışma sonucunda dinc əhali arasında çoxlu sayda tələfat oldu. Axşama yaxın sakitlik yarandı. Martın 17-də isə erməni yepiskopu Baqrat və molokan dini icmasının nümayəndəsi Karabanov Şamaxı müsəlmanlarının başçıları qarşısında müqəddəs Incile and isərək Bakidakı hadisələrin Şamaxı əhalisinə təsir etməyəcəyini, burada ermənilərlə müsəlmanların və başqalarının əl-ələ verib sülh, əmin-manalıq şəraitində yaşayacaqlarını bildir mişdilər. Elə həmin and mərasiminin səhəri günü-sübh tezdən Şamaxı müsəlmanları Mədrəsə tərəfdən onlara atılan topların vahiməli səsindən diksinərək oyandılar.
Beləliklə, silahsız Şamaxı müsəlmanları da Bakı Soveti hakimiyyəti adı altında fəaliyyət göstərən erməni çətələrinin amansız təcavüzünə məruz qaldı. Qız-qadın və uşaqlari Allahın evinə, yəni Şamaxıdakı Cümə məcidinə sığındırmaq istəyən Axund Molla Cəfər Qulunun da səyləri heç bir nəticə vermədi. Stepan Lalayanın əmri ilə ermənilər qadın və uşaqları öldürüb məscidi yandıraraq oradakı insanları da külə döndərdilər.
Martin 18-də Şamaxı gecə ikən güneydən ermənilər, quzey doğudan isə molokanlar tərəfindən mühasirəyə alındı. Onlar şəhərin müsəlman hissəsini bom balamağa başladılar. Ermənilər və molokanlar axşama yaxın şəhərin ən varlı hissəsi “Piran – Şirvan”a daxil oldular… Şəhərin küçələrində azərbaycanlı meyitləri üst-üstə qalanmışdı. Bu vəhşiliklər Gəncədən silahlı türk müsəlman (azərbaycanlı -X.I.) dəstəsi Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə gələnəcən, yəni bir neçə gün davam etmişdi. Gəncəlilərin gəlişindən sonra ermənilər və molokanlar Şamaxı şəhərindən molokan yaşayan Qozlu kəndinə çəkildilər. Müsəlman qoşunları onları təqib edərkən aydın oldu ki, ermənilər və molokanlar sayca (yəqin ki, eləcə də hərbi – texniki təchizat sarıdan -X.I.) qat-qat üstündür və buna görə də Gəncə qoşunları geri çəkilməli, 4 gün sonra, şəhərin demək olar ki, əhalisinin çoxunu da özləri ilə aparıb Şamaxını tərk etməli oldular. Müsəlman qoşunları gedəndən bir neçə gün sonra ermənilər və molokanlar şəhəri ikinci dəfə tutaraq növbəti qətliam, talan və b. azğınlıqlar törətdilər. Sonucda Şamaxı şəhəri və qəzasının 72 kəndi erməni-bolşevik qoşunları tərəfindən darmadağın edildi.
Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası Bakı, Şamaxı, Quba və b. bölgələrimizdə baş verən soyqırımı və vandalizim aktlarını araşdıraraq çox əhəmiyyətli faktlar əldə etmişdir. İstintaq Komissiyasına Novatski və başqa qeyri-müsəlman mütəxəssislər də cəlb olunmuş, eyni zamanda bu komissiyanın sənədləri ruscaya tərcümə edilmişdi. Bu sənədlər içərisində Şamaxı hadisələrinin istintaq materialları mühüm yer tutur. Istintaq nəticəsin də Şamaxı əhalisini qətliama uğradanlar içərisində Lalayandan başqa aşağıdakı şəxslərin də xüsusi zalımlıqla fərqləndiyi göstərilir: Qavriil Karaoğlanov, Qyulbendov (Qyulbendyan), Mixail Arzumanov (Arzumanyan), Aqamalov (Qarabağ erməni si), Sedrak Vlasov, Samuel Daliyev (Daliyan), Petrosyans, ivanovs, Ovanesov və başqaları…
Şamaxı hadisələri erməni vəhşiliyinin bir çox mühüm detallarını üzə çıxarmışdı: köməksiz əhalinin güllə-baran edilməsi, qız və qadınların zorlanması, sinəsinin, tənasül üzvlərinin kəsilərək eybəcər hala salınması, qocaların təhqir olunması, çocuqların paya ilə yerə çaxılması, hamilə qadınların kürəyinə qaynar samovar bağlanması, onların bətninin yarılaraq körpələrinin çıxarılması və sonra başının kəsilməsi, bəzi adamların at kimi nallanaraq qana bələnməsi, çoxlarının gözlərinin çıxarılması, ağız və burunlarının kəsilməsi və s. Sənədlərdə qeyd olunur ki, Axund Molla Cəfər Qulunun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmiş, üzünün dərisini soymuş sonra yandıraraq, min bir əzabla öldürmüşdülər. Qeyd edim ki, Bakıda ələ keçən başqa Azərbaycan ziyalılarını da bu cür əzablarla məhv etmişdilər. Əzabla öldürülən ziyalı şəxslərdən şəhər rəisi Teymur bay Xudaverdov, Rusiya Dövlət Dumasının Şamaxıdan seçilmiş deputatı Məmməd Əliyev və b. da vardı. Şamaxı qəzasının 120 azərbaycanlı kəndindən 86-si ermənilər tərəfindən qarət edilmiş, yandırılmış, dağıdılmış, əhalisi öldürülmüşdür. Şamaxı əhalisindən sağ qalıb canını qurtaranlar isə qaçıb başqa yerlərə, o sıradan uzaqlıqdakı dağlara sığınmışdılar. O zamankı şahid ifadələrindən aydın olur ki, ermənilər yerli əhalinin qiymətli əşyalarını və pullarını da yağmalamış; varlıların evlərini də əvvəlcədən siyahılaşdırmışdılar.
Malumatlara görə, o zamankı talamalar nəticəsində Şaumyan və Mikoyan da külli miqdarda sərvətə sahib olmuşlar. Şamaxı molokanları da ermənilərə tərəfkeşlik edərək, din düşmənçiliyi adı altında onlarla birgə Şamaxı müsəlmanlarını təkləmiş, onlara qan udduraraq var-yoxlarını talamışlar. FİK-in üzvü Novatskinin malu matında Şamaxı hadisələrinin şahidləri Məşədi Qədim, Məşədi Nadiroğlu, Cabbar Ağa Mamedoğlu, Ağacan Mehtioğlu, Nəsrəddin İbrahimoğlu, Saday Adıgözəloğlug Mol la Qamzı Əhməd Əfəndioğlunun şa hidlikləri və Əngəxaran kəndinə dair tutuşdurma dəlillərinə görə Çuxuryurd kəndlilərindən (molokanlardan) Boris Ivanoviç Polovinkin, Vasiliy Borisoviç Polovinkin, ümumiyyətlə, Polovinkin soyadı ilə cəmi: 7 nəfər). Yefim Çerkazov, Ivan Mixayleviç Lorin, Nikita Lorin (bu soyadla cəmi: 5 nəfər), Andrey Kostryulin, Matvey Salamatin, Ivan Laping, Boris Gera simov (cəmi: 27 nəfər); Jebanı kəndindən İvan Korolyov və Stepan Nazariç da yüz nəfərlik silahlı dəstə yaradaraq 18 mart 1918-ci il tarixində Şamaxı əyalətinin Əngəxaran kəndində yaşayan müsəlmanları qətl etməyə başlamışdılar. 200 nəfər müsəlmanın burunlarını kəsib, gözlərini oyaraq öldürmüş, dəyərli əşyalarını götürmüş, mal-qoyunlarını sürüb aparmışlar. Bu səbəblə də Qanunun 13, 129, 922, 927, 1630, 1633, 1634, 1453 və 1667 maddələrilə cəzalandırılmaları qərara alınmışdır.
Ümumilikdə, Şamaxıda yaşayan müsəlmanlara qarşı ermənilər tərəfindən törədilən kütləvi qətllər, bu günkü anlamda desək, soyqırımı aktları Azərbaycan Dövlət Arxivində 1061-1-108 şifrəsi altındakı sənəddə də ifadə olunmuşdur. Bundan başqa, arxiv sənədləri Şamaxının Meyniman kəndinə 1918-ci ilin martində (12); Zergeryan, Kevlüç və İnqar kəndlərina 1918-ci ilin aprelin də edilən erməni təcavüzü nəticəsində baş verən qanlı olayları (13) bütün vacib detalları ilə əks etdirir. ( Hər üç sənəd-11, 12, 13-FIK üzvū Novatskinin FIK-in sədrinə hesaba tindan ibaratdir. Bu hesabatların əsaslandığı dəlillər və b. şahid ifadələri də ADA-da mühafizə olunan sənədlər içərisindədir.) Bir sözlə Şamaxı qətliamı tam sənədləşdirilmiş, vurulan zərərlər də aşkarlanmış, cinayətkarların cəzası da müəyyənləşdirilmişdi. Şamaxı hadisələrinin icraçılarınin başçısı Stepan Lalayan isə sonralar hərbi cinayətkarlıqda şübhəli bilinən şəxs qismində ingilislər tərəfindən həbs olunmuş, onun və baş qalarının barəsində qəti tədbir görmək üçün Azərbaycan hökumətindən tutarlı sübutlar tələb edilmişdi.
Nəhayət, Azərbaycan hökuməti ayrıca bir qərar verərək Stepan Lalayanın cinayət işi ilə bağlı materialları, o sıradan bəzi şahid ifadələrini Birləşmiş Qüvvələrin (Antantanın) Polis Komissarlığına göndərmişdir. Sonra Birləşmiş Qüvvələrin Hərbi Məhkəməsi də istintaq aparmış, zərərçəkən 18 şahidi ve S. Lalayevi (Lalayan) dindirərək, həmçinin üzləşdirmişdir. AXC FIK ayrıca maliyə ayıraraq tərçüməçi vasitəsilə həmin sənədləri ingiliscədən ruscaya çevirtdirmişdir.
ZAUR QULİYEV
Əlillər Cəmiyyətinin üzvü