Ermənilərin Qarabağa qayıtması sülh prosesinə təhlükə yarada bilər.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Orbeli Forumunda çıxışında deyib.
“Ermənistan və Azərbaycan arasında psixoloji münaqişə davam edir, lakin siyasi cəhətdən artıq bitib. Fakt budur ki, sülh hər iki ölkə üçün tanış olmayan bir anlayışdır. Sosial və psixoloji qavrayışları tək bir qərarla dəyişdirmək mümkün deyil”, – o əlavə edib.
Və həmçinin dedim ki, məcburi köçkünlərin geri qaytarılması gündəliyi fundamental olaraq təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”, – Paşinyan qeyd edib.


























