Ermənistan, Hindistandan 12 ədəd Su-30 qırıcısı almağa hazırlaşır. Vətəninfo.az xəbər verir ki, Hindistanın Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan, Hindistanda lisenziya əsasında istehsal edilən əlavə Su-30 qırıcılarını əldə etməyi düşünür.
Mənbələrin məlumatına görə, sövdələşmə artıq son mərhələdədir. İrəvanın 2,5-3 milyard dollar dəyərində 8-12 qırıcı təyyarə alması planlaşdırılır. Bu, Hindistan istehsalı olan Su-30MKI qırıcısının yenilənmiş versiyasıdır. Təyyarə, müasir Uttam elektron müharibə radarı və Astra MK-1 və MK-2 hava-hava raketləri ilə təchiz olunacaq. Bu raketlər 200 km-ə qədər uçuş məsafəsinə malikdir.
Təyyarənin komponentlərinin bir hissəsi Rusiyadan tədarük ediləcək ki, bu da ekspertlərə görə, Moskva üçün müqavilədən fayda əldə etməyə və müdafiə sənayesinin imkanlarını istifadə etməyə imkan verəcək.
Qırıcıların tədarükü 2027-ci ildə başlanacaq və tərəflər yekun razılığa gələrsə, 2029-cu ilə qədər təyyarələrin tam təhvil verilməsi planlaşdırılır.


























