Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, İrəvan danışıqların təşkili üçün ATƏT-in Minsk qrupunun həmsədrliyinə müraciət edib.
Vətəninfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistanın Xarici İşlər nazirliyi bəyanat yayıbş.
Bəyanatında deyilir ki, Ermənistan Azərbaycanın təqdim etdiyi təkliflərə cavab verib:
“BMT Nizamnaməsi, Siyasi və Mülki Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların təşkili məqsədilə Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib”.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər verib, sənəd beş bənddən ibarətdir.


























