Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və onun oğlu Ambarsum Nersisyan saxlanılıb.
Ermənistan mediasının verdiyi məlumata görə, bu barədə vəkil Ara Zöhrabyan bildirib.
Vəkilin sözlərinə görə, onların hər ikisi xuliqanlıq və seçki kampaniyasına mane olmaqda ittiham edilirlər. A.Zöhrabyan sosial şəbəkə hesabında yazıb ki, istintaq orqanları onların tutulması və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilməsi barədə qərar qəbul edib,
Həbslərə “Respublika” Partiyasından yerli özünüidarəetmə seçkilərində namizəd olan Arutyun Mkrtçyanın feysbukdakı paylaşımı səbəb olub. A.Mkrtçyan bildirib ki, 1 noyabrda katolikosun qardaşı Gevorq Nersisyan oğulları ilə birlikdə onun seçki kampaniyasına mane olub.


























