Ermənistan növbəti qalmaqal şahidlik edir. Vətəninfo.az xəbər verir ki, Gümrü bələdiyyəsinin sədri Vardan Qukasyan, Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyanı və Ermənistan Respublikasını məhkəməyə verib. Qukasyan, Rubinyanın özünü “korrupsioner əclaf” adlandırması və təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı şikayət edib.
Qukasyan, Rubinyanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin apardığı cinayət işi çərçivəsində özünə qarşı irəli sürdüyü ittihamların ardınca sosial şəbəkələrdəki paylaşımlarında ona qarşı böhtan atıldığını bildirib. Rubinyan, Facebook səhifəsində etdiyi bir paylaşımda Qukasyanı “korrupsioner əclaf” adlandırıb və onun Gümrü bələdiyyəsinin sədri olduğu dövrün korrupsiya əməllərini tənqid edib.


























