Vətəninfo.az xəbər verir ki, İrəvanda Maştots prospekti ilə Xorenatsi küçəsinin kəsişməsində yerləşən Ermənistanın milli qəhramanı,Azərbaycan türklərinə qarşı müxtəlif əməliyyatlarda iştirak edərək qətliyamlar törətmiş Leonid Azqaldiyanın heykəlinin burni sındırılıb.
Məlumatda deyilir ki,hadisəni törədən 58 yaşlı şəxs polisin araşdırması ilə aşkarlanıb və həb olunub. Həbs müddətində ona işgəncələr verilsə də,o elədiyi hərəkətdən peşmançılıq çəkmədiyini bildirib. Erməni mediası həmin şəxsin adını qeyd etməsələr də,bildirilir ki,58 yaşlı irəvan sakimi bildirib ki, milli qəhraman kimi ermənilərə sırıdılan Azqaldiyan əslində bir canidir və o 5000 min erməni gəncinin qatilidir. Belə bir qatilin abidəsi irəvanda ola bilməz və o da bu qatildən öldürülən 5000 min erməni gəncinin qisasın bu şəkildə alıb:“Mən Leonid Azqaldiyanın burnunu sındırdım, çünki o, millətə xaindir, ona görə öldürülüb. O və onun kimiləri ora-bura burnunu soxmasaydılar, belə müharibə olmazdı. 2020-ci ildə 5000 qurbanımız üçün günahkardır. Millətin, vətən xaini idi, ona görə öldürüldü, onu kim öldürdü, dostları bilirsinizmi?”.Erməni telgram kanalları isə yaydıqları xəbərdə bildirilir ki, qondarma qəhramın burnun sındıran şəxs , İrəvan sakini, 58 yaşlı Karen Xaçatryan İstintaq komitəsi tərəfindən irəvanı tərk etməməklə bağlı izahat alındıqdan sonra azadlığa buraxılıb.


























