image-12backend

Ermənistandan Türkiyəyə 20 milyon 167 min dollarlıq xam qızıl ixrac edilib-Vardanyan

image-reklam_sirab_01

“2022-ci ilin birinci yarısında Ermənistandan Türkiyəyə zərgərlik məmulatları deyil, 20 milyon 167 min ABŞ dolları (353,1 kiloqram) xam qızıl ixrac edilib ki, bu da Ermənistandan Türkiyəyə ümumi ixracın 99 faizini təşkil edib” –Vətəninfo.az xəbər verir ki,  bu barədə erməni deputat Kristin Vardanyan Facebook səhifəsində yazıb.

“Ola bilsin ki, siz bu gün Milli Məclisin İqtisadi məsələlər daimi komissiyasının iclasını görmüsünüz, orada Türkiyəyə ixrac olunan malların strukturu müzakirə edilən zaman mübahisə yaranıb. Mübahisənin bir hissəsi şəbəkədə yayıldı, lakin müzakirə olunan məsələ diqqətdən kənarda qaldı, halbuki bu, həqiqətən vacibdir. Türkiyədən Ermənistana idxal ildə ixracdan orta hesabla 150 dəfə çoxdur, yəni sərhədlər bağlı olsa belə… Ermənistan bazarı isə türk məhsulları ilə dolub-daşır. Bu gün Ermənistan iqtisadiyyatını türk malları idarə edir”, – deyə deputat yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki