image-61e9451d561eb61e9451d561ec164267753361e9451d561e961e9451d561eabackend

Əsas magistralların bəzi hissələri buz bağlayıb

image-reklam_sirab_01

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Veteninfo.az-a verilən məlumata görə, yağıntı davam edir.

Bakı – Şamaxı avtomobil yolunun 65-104 kilometrlik və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi – Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Muğanlı – İsmayıllı avtomobil yolunda da yağıntı intensiv şəkildə davam edir, 3 dərəcə şaxta var. Ərazidə yolun buz bağlamış hissələrinə qum-duz səpilir.

“Zəfər” yolunda da hazırda yağıntı davam edir. Yolun buz bağlamış hissələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində işlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki