image-photo-2022-03-30-11-17-11-3backend

Əsrlər boyu erməni təcavüzkarları azərbaycanlılara qarşı soyqırım aktı törətmişdilər.

image-reklam_sirab_01

1918-ci ilin 30 mart və 3 aprel tarixlərinə qədər davam edən Mart hadisələri- Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Quba, Şamaxı, Salyan, Hacıqabul, Lənkəran, Xaçmaz, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı soveti və Daşnaksütün partiyasından olan erməni silahlı qüvvələri azərbaycanlılara qarşı soyqırım aktı törətmişdilər. Bu soyqırım nəticəsində mənbələrə əsasən 12 minə yaxın insan qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Bu faciənin törədilməsində Bakı sovetinə başçılıq edən Stepan Şaumyan, P, Caparidze, S. Martikyan dururdu. Mart soyqırımı baş verən ərəfədə Bakıda azərbaycanlılar, erməni daşnak-rus bolşevik silahlı dəstələrinin aktiv fəaliyyətini gördüyündən özünü müdafiə tədbirləri  görməliydi və silaha əl atmağa məcbur idilər. Lakin azərbaycanlıların hərbi təşkilatı və hərbi-sursatı kifayət qədər deyildi, hətta demək olarki, yox dərəcəsində idi. Ermənilərin ilk hücumu martın 19-da səhər saatlarında baş verdi. Bakının Kərpicxana, Məmmədli və Zibilli Dərə adlandırılan hisəsində istiqamətlənmişdir. Şəhər hər tərəfdən mühasirəyə alınmışdır və toplarla atəşə tutulurdu. Bakı soveti və bolşeviklər azərbaycanlılara müdafiə bəhanəsi ilə amansızcasına, qəddarcasına divan tutdular. Hətta erməni dəstələri N.Nərimanovun evinədə hücum etmişdilər. Qardaşını həbs etdilər, özü isə qaçmaqla canını qurtara bilmişdir.

Məhəmməd Əmin Rəsulzadə Mart hadisələri barədə yazırdı.

Bu üzdəndirki, Cümhuriyyətin qurulduğu sırada müsəllah rus ordusu qüvvələrinə dayanan bolşeviklər, Azərbaycanın baş kəndini zəbt etdilər, türk-müsəlman əhali üzərində qətl yapdılar.

Əslində 31 mart soyqırımının törədilməsi ermənilərin neçə illərdir boş xülyalarına çevrilən “Böyük Ermənistan” dövləti yaratmaq arzusudur. Bu siyasəti həyata kecirmək üçün azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması idi. Mart soyqırımı hadisələrində yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. 1918-ci il mart soyqırmı bəşər tarixində ən qanlı faciələrdən biridir. Ermənilər uşaq, qoca, cavan demədən hərkəsi amansızcasına qətlə yetirmişdilər. Azərbaycanda yaşayan digər etnik azlıqlar məs; rus, avar, talış, ləzgi milliyyətindən asılı olmayaraq qılıncdan, süngüdən keçirilərək diri-diri yandırılmışdır. Təkcə elə Quba qəzasında həlak olanların 4000 nəfərdən artıq olduğu qeyd olunur.

2007-ci ildə Quba şəhərində stadionun təmiri ilə əlaqədər olaraq qazıntı işləri zamanı kütləvi məzarlıq aşkarlanmışdır. Məzarlıqdan tapılan insanların sümükləri üzərində  tibbi ekspertiza aparılmışdır. Bu məzarlığın mart soyqırımı qurbanları olduğu sübuta yetirilmişdir.

Əsrlər boyu erməni təcavüzkarları azərbaycanlılara qarşı soyqırım aktı törətmişdilər. 1905-ci ildən başlayaraq ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdılar. Bununda əsas səbəbi Azərbaycana qarşı ərazi ideyalarının olmasıdır.

 

Abbasova Pərvanə, YAP-nın üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki