image-pashinyan1663311834backend

Fəlakət oldu, Qarabağı 7 il əvvəl itirdik – Paşinyan sensasion detalları açdı

image-reklam_sirab_01
Ermənistanın “Joxovurd” qəzeti Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın deputatlar qarşısında 2022-ci il dekabrın 8-dəki çıxışını yenidən gündəmə gətirib.

Vətəninfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, görüşlə bağlı yeni detallara toxunan qəzet xüsusilə müxalif Ermənistan Blokundan olan deputat Artur Xaçaturyanın Paşinyana ünvanlandığı sual diqqət çəkib.

 

Belə ki, Xaçaturyan Paşinyandan niyə 2020-ci ilin aprelində Rusiyanın Bakı və İrəvana Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılması təklifindən Ermənistanın imtina etdiyini soruşub. Paşinyan isə cavabında danışıqlar prosesində Qarabağda mümkün referendumun keçiriləcəyinin heç vaxt qeyd edilmədiyini bildirib:

“Başa düşürsünüz ki, referendum müəyyənləşdirilməmişdi? Siz başa düşürsünüz? Burada çox nüans var. Qarabağın yekun statusu deyirlər… Bu status necə olacaq, necə müəyyənləşəcək? Yekunda nə baş verəcək? Kimsə bu suallara cavab tapa bilib?!”

Daha sonra digər deputatın sualını cavablandıran Paşinyan qondarma rejimlə bağlı məsələnin 2016-cı ildə həll edildiyini etiraf edib:

“2016-cı ildə danışıqlar prosesində fəlakət baş verdi. Qarabağ Azərbaycandan kənarda olmaqla bağlı praktik və nəzəri olan bütün imkanlarını itirdi”.

Qəzet Paşinyanın ilin sonunda verdiyi bu bəyanatların həmçinin yaxşı nəticələr vəd etmədiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki