Vətəninfo.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Suriya ərazisini, o cüvlədən paytaxt Dəməşqdəki dövlət binalarını bombalamasını kəskin pisləyən bəyanatla çıxış edib.
Bəyanatda deyilir:
Suriyanın yeni rəhbərliyi beynəlxalq səviyyədə tanınır. İsrailin regionda sabitliyi pozan hərəkətləri qəbuledilməzdir. Biz kəşfiyyat orqanlarımız vasitəsilə israillilərə bölgədə qeyri-sabitlik istəmədiyimizi çatdırdıq. Ümid edirəm ki, yaxın 3-4 saat ərzində tam atəşkəs əldə olunacaq.
Suriyadakı bəzi druzların İsrailin təxribatlarına uyması qəbuledilməzdir. Kürd YPG-nin druzlara dəstək üçün bəzi hərəkatlarda iştirak etdiyini eşitmişik. Onlara mesajımız budur: Suriyada sabitliyi pozmayın. Əks halda, fürsətçilik özü üçün böyük risklər daşıyır. YPG üzvləri davam edən prosesə zərər verə biləcək hərəkətlərdən çəkinməlidir.
Mesajımız aydındır: regionda qeyri-sabitlik yaratmaqla heç kimin təhlükəsizliyi təmin oluna bilməz. İsrail çox gec olmadan sabitliyi pozan siyasətindən əl çəkməlidir. Bu, təkcə region üçün deyil, həm də İsrailin özü üçün son dərəcə təhlükəlidir. İlk növbədə ABŞ, Avropa Birliyi və region ölkələri İsraili dayandırmalıdır. Əks halda, regionda arzuolunmaz nəticələr gözləyə bilərik.
Nazir Fidanın mühüm açıqlamalarından sonra ABŞ-dan da diqqətçəkən bir açıqlama gəldi. ABŞ dövlət katibi Rubio deyib:
“Biz Suriyada düşmənçiliyə son verəcək konkret addımlar barədə razılığa gəldik. Vəziyyətin bu gecə həll olunacağı gözlənilir”.
Sky News Arabia: Qoşunlar atəşkəs razılaşmasına uyğun olaraq Əs-Suveydanı tərk edir, polis qüvvələri şəhərə nəzarət edəcək