image-reklam-veteninfo
image-1backend

Financial Times : Rusiya Pokrovsk şəhərini tam mühasirəyə alır  

image-reklam-veteninfo

Rusiya ordusu Ukraynanın şərqində, Donetsk vilayətinin strateji əhəmiyyətli Pokrovsk şəhəri istiqamətində əməliyyatlarını artırıb. Financial Times yazır ki, bir neçə aylıq ləng irəliləyişdən sonra rus bölmələri şəhərin bəzi hissələrinə daxil olublar. Ukrayna qüvvələri isə şəhər ətrafında və daxilində döyüşləri davam etdirir.

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, təxminən 5500 ukraynalı hərbçi Pokrovsk ətrafında “tam mühasirəyə” alınıb. Ukrayna tərəfi isə bu iddianı rədd edib.

Prezident Vladimir Zelenski vəziyyəti “çətin” adlandıraraq bildirib:

“Döyüşlər şəhərə giriş istiqamətlərində davam edir, daxilində diversiya qrupları fəaliyyət göstərir, logistika çətinləşib.”

Ukrayna Baş Qərargahı da təsdiqləyib ki, təxminən 200 rus hərbçisi şəhərə daxil olub və küçə döyüşləri davam edir.

“Hərbi Müqavimət” qrupunun analitiki Kostyantin Maşovets qeyd edib ki, Ukrayna qüvvələrinin tam mühasirədə olduğunu demək üçün hələ əsas yoxdur:

“Təhlükə realdır – düşmən kiçik qruplarla şəhərin cənub hissəsindən irəliləyərək müdafiə xətlərini yan keçməyə çalışır.”

Onun sözlərinə görə, 3–5 nəfərlik rus piyada qrupları müdafiədə çatışmazlıqlar yarada bilirlər.

Pokrovskla yanaşı, rus qüvvələri Liman və Konstantinovka istiqamətlərində də hərəkət edir. Ukrayna monitorinq qrupu “DeepState” bildirir ki, Ukrayna ordusu Pokrovskun şimalında avqustda itirilmiş üç kəndi geri alıb.

Eyni zamanda, Xarkov vilayətinin Kupyansk şəhərində rus qoşunları mərkəzə doğru irəliləyib, Dnepropetrovsk vilayətində isə bəzi əraziləri ələ keçirməyə cəhd göstəriblər.

Hər iki tərəf döyüşlərdə dron-kamikadze və artilleriyadan istifadə edir. Ukrayna hərbçiləri bildirirlər ki, bu hücumlar yaralıların təxliyəsini və sursatın çatdırılmasını çətinləşdirir.

“Rus piyada bölmələri mövqelərimizi yan keçərək hərəkət edir, artilleriya atəşi davam edir, yaralıları çıxarmaq çətindir.”

Analitiklər həmçinin Ukrayna ön xətt briqadalarında kadr çatışmazlığının bəzi müdafiə zəifliklərinə səbəb olduğunu qeyd edirlər.

Taktiki uğurlara baxmayaraq, hücumlar yüksək itkilərlə müşayiət olunur. Böyük Britaniyanın kəşfiyyat rəhbəri Riçard Murun qiymətləndirməsinə görə, müharibə başlayandan bəri Rusiya hərbçilərinin sayı azalaraq təxminən 1 milyon itki verib, onlardan 250 mini həlak olub.

Pokrovsk hələ də Ukraynanın şərqində əsas müdafiə nöqtələrindən biridir. Şəhərin ələ keçirilməsi Rusiyaya Slavyansk–Kramatorsk–Drujkovka sənaye bölgəsinə yaxınlaşmaq imkanı verə bilər.

Prezident Zelenskinin bildirdiyinə görə, rus qüvvələrinin ən böyük konsentrasiyası məhz Pokrovsk ətrafındadır və şəhərin bəzi hissələrində küçə döyüşləri davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki