image-reklam-veteninfo
image-1backend

Fransa sahillərində Rusiyaya məxsus sualtı qayıq peyda olub: “Kalibr” raketləri ilə təchiz edilib

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Fransa sahillərinə yaxın ərazidə Rusiyanın “B-261 Novorossiysk” sualtı qayığı aşkarlanıb. Bu, “Kalibr” qanadlı raketlərini buraxmaq imkanına malik olan müasir döyüş aparatıdır.

NATO-nun Hərbi Dəniz Qüvvələrinin Komandanlığı hadisəni təsdiqləyərək bildirib ki, vəziyyət nəzarət altındadır və qayığın üzə çıxması texniki nasazlıqla bağlı ola bilər.

Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus freqat NATO-nun dəniz sərhədlərinə nəzarət zamanı sualtı qayığın mövcudluğunu qeydə alıb. NATO bildirib ki, Atlantik okeanındakı vəziyyəti davamlı olaraq izləyir və alyansa üzv ölkələrin müdafiəsinə hazırdır.

“Novorossiysk” sualtı qayığı haqqında:
Qayıq Rusiya Qara Dəniz Donanmasının 4-cü müstəqil sualtı qayıq briqadasının tərkibinə daxildir. O, altı torpedo buraxıcı qurğuya malikdir və 18-ə qədər torpedo daşıya bilər. Ən təhlükəli xüsusiyyəti isə — dördədək “Kalibr” tipli qanadlı raket buraxmaq imkanına malik olmasıdır.

Hadisə, Rusiyanın NATO-ya qarşı artan hərbi fəallığı və “hibrid müharibə” taktikaları fonunda baş verir. Məlum olduğu kimi, bir neçə gün öncə Estoniya-Rusiya sərhədində çoxsaylı silahlı şəxslərin hərəkəti müşahidə edilmişdi. Estoniya polis və sərhəd xidməti bu səbəbdən bəzi keçid məntəqələrini müvəqqəti bağlamışdı.

Müdafiə analitikləri bu cür fəaliyyətləri Rusiyanın NATO ilə mümkün gələcək münaqişəyə hazırlaşmasının bir hissəsi – “Sıfır fazası” adlandırırlar. Bu, informasiya və psixoloji təzyiqlərlə yanaşı, real hərbi presinqin də artması ilə müşayiət olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki