image-reklam-veteninfo
image-1763014397_fuad_necebackend

Fuad Nəcəfli 5 milyon manatı necə mənimsəyib? –ŞOK DETALLAR

image-reklam-veteninfo

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi olmuş Fuad Nəcəfli 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin yubiley tədbirlərinin keçirilməsi adı altında dövlətdən 5 milyon manat mənimsəyib.

Mənbələrdən aldığımız məlumata görə, 2023-cü ildə Naxçıvan şəhərindəki stadionda təşkil olunan yubiley tədbirlərinə ümumilikdə 1 milyon manat vəsait xərclənib. Lakin maliyyə sənədlərində edilən saxtakarlıq nəticəsində xərclənən məbləğ 6 milyon manat göstərilib. Bu saxtakarlıqla 5 milyon manat fərqi yaranıb və həmin məbləğ Fuad Nəcəfli tərəfindən mənimsənilib.

Məlumatda qeyd olunur ki, bu tədbirlərdən sonra Fuad Nəcəflinin rüşvətxorluğu və dövlətə xəyanət etməsi açıqlanıb, nəticədə o, ciddi nəzarətə götürülüb. Lakin buna baxmayaraq, Nəcəfli öz şəxsi mənfəətini artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikasını soymağa davam edib.

Bununla yanaşı, 5 milyon manatın yoxa çıxması rəsmi Bakıya bildirilmiş olsa da, Nəcəfli ilə bağlı hələ də hər hansı bir hüquqi tədbir görülməyib. Görünür, Fuad Nəcəflinin səlahiyyətli nümayəndə kimi təqdimatında mühüm rol oynayan bəzi şəxslər onun bu əməllərini görmək istəməyiblər…

Amma MR-da Fuad Nəcəfli bildiyini edib və hər il müxtəlif adlar altında təşkil olunan festivallar vasitəsi ilə də xeyli vəsait oğurlamağa davam eib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki