image-18_49_37_1723199565_dcb8e07e-4363-451a-b19b-3a727b2759fdbackend

GSM tərəfindən “Gənclərin karyera quruculuğu məktəbi” adlı layihə həyata keçirildi

image-reklam_sirab_01

24 – 29 iyul tarixləri aralığında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi”nin (GSM) təşkilatçılığı ilə “Gənclərin karyera quruculuğu məktəbi” adlı layihənin icrası baş tutub.

Təlimlərdə bakalavr pilləsində təhsil alan tələbələrin üstünlük təşkil etdiyi 80-dən çox gənc iştirak edib.

Təlim kursu zamanı peşəkar təlimçi Natiq Xəlilov tərəfindən “Karyera planlanması”, “Peşəkar CV və motivasiya məktubunun hazırlanması qaydaları”, “Müsahibə bacarıqlarının inkişaf edilməsi” mövzulu təlimlər keçirilib.

Layihə çərçivəsində iki qrupa ayrılan iştirakçıların hər qrupuna üç, ümumilikdə altı qeyri-formal təhsil metodikası ilə interaktiv təlim keçirilib, GSM Analitik İşçi Qrupu tərəfindən hazırlanan “Gənclər üçün metodik vəsait” çap olunub.

7 avqust tarixində layihənin final görüşü keçirilib. GSM İdarə Heyətinin sədri Fidan Ağayeva və icraçı direktor Heydər Mizəyevin iştirakı ilə baş tutan görüş çərçivəsində həm metodik vəsaitin təqdimatı baş tutub, həm də ümumi layihənin iştirakçılarla birlikdə səmimi SWOT dəyərləndirmə müzakirəsi aparılıb. Sonda iştirakçılara sertifikatların təqdim olunması ilə layihəyə yekun vurulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image