image-reklam-veteninfo
image-1backend

Gürcüstanda kütləvi həbslər BAŞLADI

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi son üç gündə keçirilən etiraz aksiyalarında İnzibati Xətalar Məcəlləsinə əsasən 60 etirazçının saxlanıldığını açıqlayıb. Nazirliyin məlumatına görə, aksiya iştirakçıları qanunsuz hərəkətlər edərək, hüquq-mühafizə orqanlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, yolları bağlamağa davam ediblər.

Daxili İşlər Nazirliyindən verilən məlumatda qeyd edilib ki, polis əməkdaşları etirazçılara qanunsuz hərəkətlərdən çəkinmələri ilə bağlı çoxsaylı çağırışlar edib. Lakin aksiya iştirakçıları bu çağırışlara tabe olmayıb və nəqliyyatın hərəkətinə maneə törədərək yolları bağlayıblar. Nazirlik, aksiya iştirakçılarına bir daha qanunsuz hərəkətlərdən çəkinməyi və aksiya qaydalarına riayət etməyi tövsiyə edib, əks halda qanuni məsuliyyətə cəlb olunacaqlarını bildirib.

Oktyabr ayında Gürcüstan parlamenti İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər edərək, mitinq və nümayişlərin keçirilməsi qaydalarını sərtləşdirib. Yeni qanunlara əsasən, üzünü maska ilə bağlayan, gözyaşardıcı qaz və ya digər zəhərli maddələr daşıyan, yolları bağlayan və ya müvəqqəti tikililər quran aksiya iştirakçılarına 15 sutka inzibati həbs cəzası veriləcək.

Dəyişikliklərə görə, aksiya təşkilatçıları isə 20 sutka həbs edilə bilər. Əgər mitinqin dayandırılması ilə bağlı polisin əmrinə tabe olmayan və ya iştirakçının yanında silah, atəşfəşanlıq və ya digər təhlükəli əşyalar olan şəxslərə 60 sutka həbs cəzası veriləcək.

Gürcüstan Daxili İşlər Nazirliyi, aksiya iştirakçılarını qanuni hərəkətlər etməyə və qarşılıqlı hörmət çərçivəsində öz fikirlərini ifadə etməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki