Türkiyə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların üçüncü raundunun İstanbulda keçirilməsi ilə bağlı Ukraynanın cavabını gözləyir. Vətəninfo.az xəbər verir ki , bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada keçirilən BRİKS sammitinin sonunda Türkiyənin TRT Haber telekanalına açıqlamasında deyib.
O, Rusiyanın danışıqların üçüncü raundunu keçirməyə hazır olduğunu bildirib.
Fidan Fələstin-İsrail münaqişəsindən də danışıb və qeyd edib ki, Türkiyə tərəfi “məsələnin diplomatik həlli üçün mümkün olan hər şeyi etməyə hazırdır”. Türkiyə xarici işlər nazirinin sözlərinə görə, onlar bu barədə tərəfdaş ölkələri dəfələrlə məlumatlandırıblar. Arzumuz atəşkəsin bərqərar olması, humanitar yardımların bir an əvvəl başlanması və bu soyqırımın dayandırılmasıdır”, – deyə Fidan bildirib.