image-reklam-veteninfo
image-1backend

Hakerlər Fransanın nüvə sirlərini oğurlayıb

image-reklam-veteninfo

Neferpitou təxəllüsündən istifadə edən haker Fransanın hərbi gəmilər istehsal edən müdafiə şirkəti Naval Group-un daxili məlumatlarına giriş əldə edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə France3 telekanalı məlumat yayıb.

Kiberhaker Fransanın nüvə sirləri də daxil olmaqla 13 giqabaytlıq məlumatı internetə sızdırıb. Sızdırılan məlumatlar arasında Fransız freqatlarında və nüvə sualtı qayıqlarında istifadə edilən döyüş sistemləri üçün mənbə kodu, silah proqram təminatı, simulyasiya mühitləri, şəbəkə diaqramları və istifadəçi təlimatları var.

Kibercinayətkarlıq üzrə ekspert Klement Dominqo bu məlumatların onlayn yayımlandığını təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki