image-22backend

Hansı diskriminasiyadan söhbət gedə bilər?

image-reklam_sirab_01

Bu yaxınlarda Rusiyada rus dilinin beynəlxalq aləmdə ünsiyyət vasitəsi kimi tutduğu yeri müzakirə etdik.

Orta Asiya və Şərqi Avropadan olan akspertlərin tarixi Kaliniqrad şəhərindəki görüşünü “Stan-Sentr” ictimai institutu təşkil etmişdi. Görüşün bu şəhərdə keçirilməsinin özü belə onun Rusiyanın ən qərb regionu olması ilə yanaşı, tarixindəki Şərq-Qərb sintezi kontekstindən daha da əlamətdardır.

image-11

Məlum olduğu kimi, 2023-cü il MDB məkanında ümumi danışıq dili kimi Rus dili İli elan olunub. Elə bu görüşdə politoloqlar, jurnalistlər, ədəbiyyatçılar və başqa iştirakçılar böyük imkanlara malik və geniş auditoriyanı əhatə edən rus dilinin Avrasiya məkanında ən effektiv ünsiyyət vasitəsi, danışıq dili olduğunu vurğuladılar. Necə ki, Mark Tven deyib: Rus dilinin ölməsi haqda söz-söhbətlər həddən artıq şişirdilmiş olub.

Dəyrimi stolda çıxış edən tanınmış qazaxıstanlı yazıçı Madi Raimov (o, bir müddət Bakıda yaşayıb və Azərbaycan tarixi haqda “Cənubi Qafqazın türklər” kitabını yazıb) çıxışında rus dilnin Orta Asiya ölkələrindəki vəziyyətindən danışdı: “asiya ölkələrindən heç birində, harda ki slavyandili əhali azlıq təşkil edir, rus dili özünü Qazaxıstandakı kimi rahat hiss etmir. Qazaxların 90% rus dilini yüksək səviyyədə bilirlər! Kitabların 80% rus dilində dərc olunur və əksər xarici filmləri qazaxlar məhz rus dilində izləyirlər. Burada rus dilinin hansı sıxışdırılmasından söhbət gedə bilər? Geridə qalanlar isə sadəcə təfərrüatdır”.

Əl-Fərabi adına Qazax milli universitetinin müəllimi Arman Kudabay isə öz növbəsində qeyd etdi ki, rus dilini qazaxıstanda hətta oralmanlar – Monqolustan, Türkiyə və Çindən tarixi vətənə qayıtmış qazaxlar belə öyrənirlər. Orta Asiyada rus dilinin sıxışdırılması, guya ingilis dilinin populyarlığının artması haqda gəzən söz-söhbətlər isə şaiyədən başqa şey deyildir:

“Əslində bizdə ingilis dilini bilənlərin sayı olduqca azdır. Hətta ali məktəblərdə ingilis dilini bilənlərin sayı o qədər də çox deyil. Məsələn bizim universitetdə uzaqbaşı 5-7% ingilis dilini bilir. Amm arus dilini bilənlərin sayi 98-99% təşkil edir”, – deyə Kudabay bildirdi.

Rus dilinin Azərbaycanda da mövqeləri çox möhkımdir. Azərbaycan prezidentinin sözlərini hamı xatırlayır. O, Rusiya KİV-lərinin nümayəndələri ilə söhbətində demişdir:

“Rus dilində təhsil – bu bizim məqsədyönlü siyasətimizdir. Biz bunu ilk növbədə özümüz üçün edirik”.

Bu yaxınlarda “Şimal-Cənub” politologi mərkəzinin rəhbəri Anjela Trapeznikova Sputnik agentliyinə verdiyi açıqlamada bildirmişdi ki:

“Azərbaycan multikultural ölkədir. Burada rus dlli çox populyardır və əhalinin əksəriyyəti ruscanı öz ana dili səviyyəsində bilir”.

Bəs rusofobiyanın baş alıb getdiyi Qərb ölkələrində bu sahədə vəziyyət necədir? Sən demə hətta rus dili orada da populyardır.

Almaniya Bendestaqının deputatı Yevgeniy Şmidtin (o, alman parlamentinin yeganə rusdilli deputatıdır və əslən qazaxıstanlıdır) dediyinə görə, Almaniya dövlət olaraq rus dilini öyrənmək istəyən vətəndaşlarının tələblərini ödəyir. Yəni rus dilini öyrənmək istəyən alman dövlət hesabına bunu edə bilər.

“Əsasən rus dilini öyrənmək istəyənlər keçmiş ittifaq ölkələrindən köç etmiş alələrin övladlarıdır.. Onlar həftədə bir dəfə fakültetiv məşğələlərə gəlib rus dilini öyrənirlər və bunu dövlət ödəyir. Bu sahədə Almaniyada heç bir problem yoxdur”, – deyə deputat vurğulayıb.

Dəyrimi stolun nəticələrinə görə bütün politoloqlar bəyannamə imzaladılar və şahidlik etdilər ki, rus dili Avrasiya məkanında millətlərarası ünsiyyət vasitəsi kimi əsas dil olaraq alır. Bura Orta Asiya və Cənubi qafqaz da daxildir.

Müəllif: Andrey Beloborodov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki