image-reklam-veteninfo
image-1backend

HƏMAS: Daimi atəşkəs başlayır

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü və danışıqlar qrupunun rəhbəri Xəlil əl-Hayye, Qəzzada müharibənin sona çatdığına dair təminatlar aldıqlarını və daimi atəşkəsin başladığını açıqlayıb.

Hayye yayımladığı videoda, atəşkəs razılaşmasının əldə olunmasında əsas rol oynayan vasitəçi ölkələr olan Türkiyə, Misir və Qətərə təşəkkür edib. Eyni zamanda, müharibə boyunca HƏMAS-a dəstək verən Yəmən, Livan, İraq və İrana da minnətdarlığını bildirib.

Xəlil əl-Hayye, danışıqların gedişində ABŞ administrasiyasından və vasitəçi ölkələrdən Qəzzada müharibənin başa çatması ilə bağlı zəmanət aldıqlarını vurğulayıb. O, qalan addımların yerinə yetirilməsi üçün milli və islami qüvvələrlə əməkdaşlıq edəcəklərini bildirib.

Hayye, atəşkəs razılaşması çərçivəsində sərbəst buraxılacaq məhbuslar barədə də məlumat verib. O, “İsraildə nəzarət altında olan 250 ömürlük məhbus və Qəzzada saxlanılan 1700 fələstinli məhbus azad ediləcək” deyib.

Xəlil əl-Hayye, dünya üzrə milyonlarla insanın fələstinlilərlə həmrəy olaraq küçələrə çıxmasına və haqqın müdafiəsində onların yanında olmasına təşəkkür edib. O, xüsusilə dəstək göstərən karvanlara və bu torpaqlardakı zülmə qarşı mübarizədə iştirak edənlərə minnatdarlığını bildirib.

Qəzzanın iki ildir ki, işğaldan və müharibədən yaranan yaralarını sağaltmağa çalışdığını qeyd edən Hayye, Qəzza xalqının Qüdsü və Məscidül-Əqsanı müdafiə etdiyini vurğulayıb.

Danışıqlar qrupunun rəhbəri, Qəzzə xalqına müraciət edərək, onların fədakarlığı, səbr və müqavimətinə heyran qaldıqlarını bildirib. “Siz görünməmiş bir müharibə etdiniz” deyən Hayye, Qəzzadakı fələstinliləri yüksək qiymətləndirib.

Həmçinin, həyatını itirmiş HƏMAS liderlərini də xatırlayaraq, şəhid başçıları İsmayıl Haniyə, Saleh əl-Aruri, Yəhya əs-Sinvar, Əbu Xalid əd-Deyf və digər müqavimət komandirlərinin verdikləri vədə sadiq qaldıqlarını qeyd edib.

Xəlil əl-Hayye çıxışını Qəzza xalqına “Salam olsun qadın və kişilərə, uşaqlara, qocalara, şəhidlərə və yaralılara” ifadələri ilə bitirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki