Fələstin HƏMAS rəsmiləri bildiriblər ki, İsrailin Qəzzaya aviazərbələri nəticəsində qadın və uşaqlar da daxil olmaqla ən azı 25 nəfər ölüb.
Vətəninfo.az xəbər verir ki , Teleqram mesajında Həmas üzvləri İsrailin hərəkətlərini “baş nazir Netanyahunun Qəzzada fələstinlilərin soyqırımını təzələməyə cəhd etdiyi ciddi eskalasiya” kimi qiymətləndiriblər.HƏMAS silahlılarının İsrail əsgərlərinə hücum etdiyini təkzib edib. Onun məlumatına görə, noyabrın 10-da ABŞ-ın vasitəçiliyi ilə atəşkəs əldə olunandan bəri atəşkəs rejiminin pozulması nəticəsində 300-dən çox fələstinli həlak olub.


























