image-reklam-veteninfo
image-1backend

HƏMAS komandiri öldürüldü

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında atəşkəs rejimini bərpa etdiklərini açıqlayıb.

“Siyasi elitanın direktivindən və HƏMAS-ın pozuntularına cavab olaraq bir sıra iri zərbələrdən sonra İsrail atəşkəsi qorumaq üçün tədbirləri bərpa edib”, – ordu sözçüsü bildirib. İsrail ordusu əlavə edib ki, atəşkəs rejiminə riayət etməyə davam edəcək və istənilən pozuntuya cavab verəcək.

İsrail ordusu Qəzza zolağında onlarla hədəfə bir sıra hava zərbələri endirib. Rəsmi açıqlamaya görə, zərbələr HƏMAS-la əlaqəli hədəfləri, o cümlədən silah anbarlarını, hərbi infrastrukturu, atəş mövqelərini və silahlı yaraqlı qrupları hədəf alıb.

Yerli xəstəxanadan verilən məlumata görə, İsrailin Qəzzada qaçqınların sığındığı məktəbə endirdiyi zərbə nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Əl-Ərəbiyyə mənbələrinə istinadən xəbər verir ki, HƏMAS-ın Şimali Qəzza briqadasının Əl-Nuxba briqadasının komandiri Yəhya əl-Məbhuh İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki