image-reklam-veteninfo
image-1backend

Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

image-reklam-veteninfo

Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ümumi fayda prinsipləri əsasında inkişaf edir.

Vətəninfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyətini qəbul etməsi ilə bağlı “X” sosial media hesabında paylaşımında qeyd edib.

O, oktyabrın 1-də Avropanın nümayəndə heyətini qəbul etməkdən məmnun olduğunu bildirib:

“Bu gün Avropanın 20-dən çox ölkəsinin nümayəndələrindən ibarət Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyətini qəbul etməkdən məmnun oldum. Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ümumi fayda prinsipləri əsasında inkişaf edir. Son dövrdə yüksək səviyyəli təmaslar vasitəsilə siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli dinamika qazanıb”.

H.Hacıyev həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və regional bağlantılılıqda, xüsusilə Orta Dəhliz çərçivəsində oynadığı strateji rol Aİ-Azərbaycan münasibətlərinin mühüm istiqamətlərindən olduğunu vurğulayıb:

“Eyni zamanda, əməkdaşlıq təmiz enerji, rəqəmsal transformasiya və innovasiyalar, eləcə də investisiyalar sahələrini də əhatə edir. Bu il təhlükəsizlik sahəsində dialoqumuzu Siyasi və Təhlükəsizlik Dialoqu səviyyəsinə genişləndirmişik və yeni hərtərəfli ikitərəfli saziş, eləcə də yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzərində iş aparırıq. İnkişaf edən ikitərəfli gündəm ümumi maraqları praktiki nəticələrə çevirmək üçün imkan yaradır”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki