Litvanın Azərbaycandakı və Türkmənistandakı səfiri Kestutis Vaşkeleviçius Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə diplomatik missiyanın rəhbəri sosial şəbəkədə yazıb.
Diplomat qeyd edib ki, görüş zamanı ikitərəfli gündəliyin genişləndirilməsi, tərəflərin strateji prioritetləri və regiondakı geosiyasi vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.