image-reklam-veteninfo
image-img_20250801_111610_132backend

Hillarri Klinton Tramp-Rusiya qalmaqalını qəsdən şişirdib – Yalanı üzə çıxdı 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, 2016-cı il ABŞ prezident seçkiləri kampaniyası zamanı Hillari Klintonun Donald Trampı nüfuzdan salmaq məqsədilə onun Rusiya ilə guya əlaqələrinə dair qalmaqalı bilərəkdən şişirtdiyi iddia olunur. Bu barədə xüsusi prokuror Con Durhamın məxfi əlavəsi yeni deklasifikasiya edilən hesabatda qeyd olunub.

Sənəddə bildirilir: “Klinton, respublikaçı namizəd Trampın xeyrinə Rusiya xüsusi xidmət orqanlarının seçkiyə müdaxiləsi ilə bağlı qalmaqalı şişirtməklə onun nüfuzuna xələl gətirmək planını dəstəkləyib.”

Eyni zamanda hesabatda vurğulanır ki, Federal Təhqiqat Bürosunun (FBI) Trampın kampaniyasının Rusiya ilə əməkdaşlığına dair inkarolunmaz sübutları olmayıb.

Bundan əlavə, sənəddə ABŞ-ın o zamankı prezidenti Barak Obamanın Hillari Klintonun Dövlət Departamentindəki elektron yazışmaları ilə bağlı qalmaqalın qarşısını almaq məqsədilə dövlət aparatının imkanlarının səfərbər edilməsinə razılıq verdiyi də iddia olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki