Hindistan mobil internet istehlakına görə dünya lideridir.
Vətəninfo.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb. Bir istifadəçi ayda ən azı 36 giqabayt mobil internet istehlak edir. Bu göstərici ilə Hindistan ABŞ, Çin, Qərbi Avropa ölkələri kimi ölkələri xeyli geridə qoyur. Səbəb mobil internet tariflərinin ucuzluğu və ucuz qadcetlərin olmasıdır. 2031-ci ilə qədər Hindistanda mobil internet istifadəçilərinin sayı 1 milyardı keçəcək. Maraqlıdır ki, hakimiyyət bunu təbliğ edir. Məsələn, Hindistanın baş naziri Narendra Modi bu yaxınlarda Hindistanda bir giqabayt mobil internetin bir fincan çaydan daha ucuz olduğunu açıqladı.


























