image-reklam-veteninfo
image-1backend

Hindistan Rusiya neftindən imtina etdi: ABŞ-dan aldı

image-reklam-veteninfo

Hindistanın neft emalı zavodları Amerikanın Exxon Mobil şirkətindən Qayana mənşəli xam neftin ilk böyük partiyasını alıblar. Vətəninfo.az  Reuters-ə istinadən xəbər verir ki, bu barədə məlumatı məsələ ilə tanış mənbələr təsdiqləyib.

Bildirilir ki, Hindistanın ən iri neft emalı müəssisəsi olan Indian Oil Corporation (IOC) və Hindustan Petroleum Corporation (HPCL) ümumilikdə 4 milyon barrel “Golden Arrowhead” markalı Qayana nefti sifariş ediblər. Neftin ilk çatdırılmasının 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır.

Bundan əlavə, Hindustan Petroleum Corp. ilk dəfə olaraq Liza və Unity Gold yataqlarından hasil olunan xam nefti də alıb. Bu partiya üzrə də 2 milyon barrel neftin eyni dövrdə çatdırılması nəzərdə tutulur.

Reuters qeyd edir ki, Hindistan Cənubi Amerikada hasilatın artması fonunda yeni növ neftləri sınaqdan keçirərək tədarük mənbələrini şaxələndirmək və diversifikasiya etmək strategiyasını həyata keçirir.

Hindistan Xarici İşlər Nazirliyi daha əvvəl enerji resurslarının təchizatını genişləndirmək və müxtəlifləşdirmək niyyətində olduğunu bəyan etmişdi.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə apardığı danışıqlardan sonra Hindistanın Rusiya nefti idxalını dayandırmağa hazır olduğunu açıqlamışdı. Bu kontekstdə Hindistanın Qayana neftinə yönəlməsi Vaşinqton və Yeni Dehli arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki