image-reklam-veteninfo
image-1backend

Hizbullah: “Silahlarımızı   İsrailə təhvil verməyəcəyik” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Hizbullahın baş katibi Nəim Qasım qruplaşmanın silah məsələsinin Livanın daxili işi olduğunu bəyan edib və bu silahların İsrailə təhvil verilməsinin mümkünsüzlüyünü bildirib. Onun sözlərinə görə, İsrail tərksilah prosesini Livan bölgələrini işğal etmək və sərhəddə mövqelərini genişləndirmək üçün fürsət kimi görür.

Eyni zamanda, mənbələr Hizbullahın mümkün müharibəyə hazırlıq məqsədilə Livandakı şiə kəndlərinə texnika və logistika vasitələri yerləşdirdiyini bildirir.

Hizbullah, habelə müharibə halında məcburi köçkünləri yerləşdirmək üçün məscidlər və ictimai mərkəzlərin hazırlanmasını istəyib. Təşkilat sərhəd bölgələrində əlavə hazırlıqlar çərçivəsində müxtəlif avadanlıqlar və materiallar da yerləşdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki