Hizbullah təşkilatı Livan parlamentinin sədri Nəbih Berriyə açıq şəkildə bildirib ki, İsrail Livanın cənubundan geri çəkilsə belə, təşkilat silahlarını təhvil verməyəcək. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, “Əl-Ərəbiyyə” telekanalı məlumatlı mənbələrə istinadələ xəbər verir. Məlumata görə, Hizbullah Livan dövləti ilə qarşıdurma ehtimalına da hazır olduğunu vurğulayıb. Hizbullahın bu mövqeyi ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak ilə görüşdə də müzakirə edilib. Nəbih Berri ABŞ rəsmisinə bildirib ki, Litani çayının şimalında Hizbullahın tərksilah ediləcəyinə dair heç bir öhdəlik götürə bilməz.