Bildiyiniz kimi, Ziraat Bankın 30 sentyabr 2025-ci il tarixində “ZİRAAT BANK AZƏRBAYCAN” Açıq Səhmdar Cəmiyyəti III rüblük hesabatını açıqlayıb.
32gun.az bu hesabat barədə araşdırma aparıb və məlum olub ki, mənfəət və zərər hesabatı bankın fəaliyyətində müəyyən risklərin mövcud olduğunu göstərir.
Faiz gəlirləri artıb, xərclər daha sürətlə yüksəlir
İlin əvvəlindən hesabat tarixinədək bankın faiz gəlirləri 56,275 milyon manat olub, keçən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə olunur (39,332 milyon manat). Əsas gəlir mənbəyi kreditlər üzrə faizlərdir – 43,364 milyon manat. Lakin faiz xərcləri sürətlə artaraq 24,856 milyon manata çatıb, xüsusilə depozitlər üzrə ödənilən faizlər 14,593 milyon manat təşkil edir. Bu göstərici xalis faiz gəlirinə təzyiq yaradıb bankın maliyyə balansında gərginlik yarada bilər.
Qeyri-faiz gəlirləri və zərərlər
Qeyri-faiz gəlirləri 18,900 milyon manat səviyyəsindədir (keçən il 13,667 milyon manat). Qiymətli kağızların satışından yaranan zərər 276,6 milyon manat olub və bu göstərici keçən ilin 131,9 milyon manat zərərindən iki dəfə çoxdur. Bu, investisiya portfelində mövcud risklərin aydın göstəricisidir. Qeyri-faiz xərcləri isə 21,089 milyon manat təşkil edir, əsasən əmək haqqı və bank fəaliyyətində istifadə olunan əsas vəsaitlər üzrə xərclərin artması səbəbindən əməliyyat mənfəətinə təzyiq göstərir.
Aktivlər üzrə ehtiyatlar və kredit riski
Əməliyyat mənfəəti 29,229 milyon manat təşkil etsə də, aktivlər üzrə ehtiyatlara ayırmalar 5,848 milyon manata çatıb. Banklararası tələblər üzrə ehtiyatlar 1,250 milyon manatdır. Bəzi investisiya və qiymətli kağızlar üzrə ehtiyatların mənfi göstəricilərə çevrilməsi bankın aktiv risklərinin mövcudluğunu açıq şəkildə göstərir. Müştərilərə kredit itkiləri üçün ayrılan ehtiyat 4,680 milyon manat olub, keçən ilin 9,345 milyon manatından aşağıdır. Bu isə kredit risklərinin azaldığını göstərsə də, digər aktiv riskləri ciddi olaraq qalır.
Mənfəət göstəriciləri və risklərin ümumi təsiri
Vergilərdən əvvəl mənfəət 23,487 milyon manat, xalis mənfəət isə 18,362 milyon manat olub. Bankın elan olunmuş dividendləri isə 0 manat təşkil edib. Hesabat göstərir ki, artan faiz xərcləri, qiymətli kağız portfelindəki zərərlər və banklararası tələblər üzrə ehtiyatların yüksəlməsi bankın cari maliyyə risklərini ortaya qoyur.
Hüquqi məlumat xatırlatma:

Xatırladaq ki, “ZİRAAT BANK AZƏRBAYCAN” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 65,500,000 AZN, qanuni təmsilçisi, idarə heyətinin sədri Selçuk Demirdir.

Müşahidə Şurasının sədri isə Hüseyin Özuysaldır. Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 191


























