Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda güclü partlayış səsləri eşidilib.
“Xinhua” xəbər agentliyinin məlumatına görə, şəhər sakinlərinə mümkün təhlükə ilə bağlı xəbərdarlıqlar göndərilib.
“Reuters”in Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya istinadən yaydığı xəbərə görə, Yəməndəki husilər tərəfindən Ər-Riyada atılan ballistik raket havada aşkarlanaraq ələ keçirilib və məhv edilib.
Hadisə nəticəsində ölən və yaralananlarla bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, husilərlə Səudiyyə Ərəbistanı arasında gərginlik avqust ayında, təxminən dörd illik fasilədən sonra yenidən artıb. Məlumata görə, husilər Yəmən ordusunun Səna hava limanına hücumuna cavab olaraq Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus tankerlərə hücumlara başlayıblar.
Yəmən ordusuna isə Ər-Riyad dəstək verir.


























