image-gobeklitepe-in-sanliurfa-the-oldest-temple-of-the-world-gobeklibackend

Hz. İbrahimin doğulduğu, dünyanın ən qədim yaşayış məskəni olan Karahantəpə -FOTOLAR

image-reklam_sirab_01

Əslində bura sirli bir yerdir. Sirli olduğu qədər bu yerin mistik bir yer olduğu iddia edilir. Yerli əhali hesab edir ki, bu yer öz mistikası ilə bura gələnləri ovsunlayır. Haqqında danışdığımız bu yer bəlkədə dünyanın ən qədim yaşayış məskənidir. Bura  Şanlıurfadan 60 kilometr şərqdə yerləşən Karahantəpədir. Arxeoloqlar hesab edir ki, Şanlıurfa dünyada ilk yaşayış məskənidir. Buna əllərdə lazım olan dəlil də var. Arxeoloqlar hesab edir ki, 12 min illik tarixi olan Şanlıurfanın  yaxınlığında yerləşən və Ur Kaşdım adını alan,  əslində isə Kəldanilər şəhəri olduğu güman edilir. qədim şəhəri olduğu güman edilir. Urfa bölgədə inkişaf etmiş bütün sivilizasiyaların irsini özündə qoruyub saxlayır.

Şanlıurfa yəhudi, xristian və müsəlmanlar tərəfindən müqəddəs hesab edilən bir yerdir. Əhdi-Ətiqə görə, “üç tövhid dininin atası” olan İbrahim peyğəmbər Ur Kaşdim şəhərində doğulub və ailəsi ilə birlikdə “Patriarxlar evi” olan Harrana hicrət edib.

Şanlıurfa torpaqları, eramızdan əvvəl II minillikdə Hurrilər dövlətinin şəhərlərindən biri olub. Onlardan bəziləri Hz. İbrahimin Mövlid-i Xəlil məscidinin yerləşdiyi yerə yaxın bir mağarada doğulduğu güman edilir. Bu səbəbdən bölgə və mağara müqəddəs sayılır.

Maraqlıdır ki, Göbeklitəpə, Karahantəpə, Nevali Çori kimi bir çox neolit ​​abidələri eyni ərazidə, çox yaxında yerləşir.

Son arxeoloji tədqiqatlar göstərir ki, Karahantəpə Göbeklitəpədən daha qədim dövrü əhatə edir. Bu onu göstərir ki,Karahantəpə dünyada məlum olan ən qədim neolit ​​abidəsidir. Nevali Çori və Göbeklitəpədə olduğu kimi Karahantəpədə də oxşar məskunlaşma planı var.

Aparılan arxeoloji qazıntılar zamanı 250-yə yaxın “T” formalı obelisk aşkar edilib.

“Göbəklitəpə Mədəniyyəti və Karahantəpə Qazıntıları” layihəsi çərçivəsində 2 il əvvəl İstanbul Universiteti tərəfindən yerli xalq tərəfindən “Keçilitəpə” kimi tanınan ərazidə səth tədqiqatlarına başlanılıb.
Məhz bunu nəzərə alaraq turistləri öz mistik aurasına salan, dünyanın ən mistik arxeoloji yerlərindən biri olan Karahantəpə haqqında maraqlı faktları diqqətinizə çatdırırıq.

Karahantəpədə qədim insanların ehtiyacını ödəməsi üçün küçə ayaqyoluları,  gündəlik həyat izlərini ehtiva edən çoxlu daxmalar, səthi heyvan təsvirləri ilə bəzədilmiş “T” formalı obelisklər, heyvan və insan heykəlləri kimi bir çox tapıntılar üzə çıxarılıb. Xüsusilə insan fiqurları ön plana çıxır və tapıntılar insan macərasını ortaya qoyur.

image-1

Göbeklitəpə nə qədər füsunkar olsa da, Karahantəpənin də tamam başqa valehediciliyi var. Orada yaşayanlar bu günə çox şey qoyub getdilər. Hər nöqtədə bir tarix,   deyiləsi bir şey var. Karahantəpədə fərqli bir sənət, fərqli bir mədəniyyət izi müşahidə edilir. Görünür, tarixdən əvvəlki insanların həyatı rəngarəng olub, təbiətlə barışıq olub, simvolik cəhətləri və struktur mühəndisliyi güclü olub. Karahantəpə bəşər tarixi baxımından çox əhəmiyyətli bir yerdir.

Bəşər tarixində bir çox sirləri açan və özü ilə bərabər çox sirləri gizlədən Karahantəpənin sehrli hekayəsini danışırıq.

image-2
Karahantəpə  Harran düzü ətrafında oxşar xüsusiyyətləri olan neolit ​​yaşayış məskənlərindən biridir.

Karahantepe oturaq həyatın başlanğıcı ilə bağlı mühüm məlumatlar verir.

Karahantəpə ilk dəfə 1997-ci ildə “Şərqi və Cənub-Şərqi Anadolu İllərinin Mədəniyyət İnventar Layihəsi” çərçivəsində Bahattin Çelik tərəfindən kəşf edilib və 2019-cu ildə İstanbul Universiteti tərəfindən qazılmağa başlayıb.
Karahantəpədə qeyri-adi  insan fiqurları daha çox üzə  çıxır. Üç ölçülü fiqurlar əsl sənətdir. Ərazidə çoxlu insan fiqurları görmək olar. Bundan əlavə, bəbirin Karahantəpədə xüsusilə önə çıxdığı görülərkən, bölgədə çoxlu bəbir başları və belində bəbir daşıyan heykəl də tapılıb.

Karahantəpədəki tapıntılar insan məskənlərinin cazibəsini ortaya çıxarır. Aşkar edilmiş heykəllərdən biri hündürlüyü 2,3 metr olan insan heykəli olub. Bu boyda heykəli yalnız Romada görmək olar. Heykəl çox realist şəkildə hazırlanıb. Onun gövdəsindəki qabırğalar aydın görünür. Heykəl qış aylarında zədələnməməsi üçün qutu ilə qorunub və ziyarət ediləndə onu canlı görmək mümkün deyil. Digər tapıntılar Şanlıurfa Arxeologiya Muzeyində sərgilənir.

YUNESKO Türkiyənin bir çox yerlərinin tarixini, memarlıq zənginliyini və təbiətini qoruyur.

Bundan əlavə burada tapılan  çaxmaqdaşların təqribən   1500 il istifadə edildiyi bəlli olub.

Burada qazıntı işləri davam etdiyindən bura turistlər üçün qapalıdır. Ancaq yaxın zamanlarda buraya çoxsaylı turist axının olacağı qaçılmazdır. Rəsmilər hesab edir ki, tezliklə Karahantəpə turistlərin istifadəsinə veriləcək.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki